Image Alt

Məhsullar

O’zÔnio Gloss Set

0,00 

O’zÔnio Gloss Set

 

Texnologiya: BioCapilar Nanoplastica (Ən Yeni Texnologiya)

Saç Tipləri: orta və orta ağır buruqlar,quru-cod saçlar,natural,boyalı (BLOND üçün)

Məhsulun özəllikləri: İy-qoxu, tüstü-duman, gözyaşartma-boğazqıcırtma, dil-dodaq keyitmə kimi hallar YOXDUR!

Məhsulda zərərli maddələr olan formaldehyde, aldehyde, formalin, silicone YOXDUR!

Ölçü Vahidi: O’zÔnio Gloss şampun 500ml,O’zÔnio Gloss 1.1kg,O’zÔnio Mask Cronogorama Hydrate 300ml

Formul Özəlliyi: BLOND

- +
Mağazaya Geri dönün SKU: 2557-1 Categories: ,

İstifadə Qaydaları

1-ci Addım:  saçlar O’zÔnio markasının önyuma şampunu ilə 2 dəfə yuyulur, hər yuyulmada şampun saçda 5 dəqiqə saxlanılır və həmən 5 dəqiqə ərzində saçlar masaj olunur (dırnaqlar baş dərisinə dəyməməlidir)
2-ci Addım: Saçlar 80% qurudulur 20% nəm saxlanılır.
3-cü Addım: O’zÔnio markasının BioCapilar Nanoplastikası saça tətbiq olunur (saçın qalınlığı və uzunluğundan asılı olaraq məhsul yetəri qədər istifadə edilməlidir)
4-cü Addım: Məhsul 50-90 dəqiqə ərzində saçda qalmalıdır,saç paketin altında saxlanılmalıdır , hər 20 dəqiqədən bir paketdən çıxardılaraq saç xırda dişli daraqla daranmalı və yenidən paketlənməlidir (saçın tipindən və buruqluq dərəcəsindən asılı olaraq dəyişir).
5-ci Addım: Məhsul saçdan ilıq su ilə 70% yuyularaq saçdan çıxarılmalıdır (Qəti Şəkildə şampun, maska və balzamdan istifadə olunmamalıdır).
6-cı Addım: Saçlar hava feni ilə qurulanmalı, saç düzümü olunmalı (uklatka), nazik ilmələr bölünərək saç ütüsü ilə ütülənməlidir (Saçın keyfiyyətindən asılı olaraq, ütü dərəcəsini seçmək individualdır. Məsləhət görülən istilik 210°C/410F-250°C/480F)
7-ci Addım: Ütü proseduru bitdikdən sonra , 10-15 dəqiqə gözləyirik saçlar soyuyur.İlıq suyun altında saçlar durulanır və saça maska tətbiq olunur və saçdan yuyulur (maskanı saçda 6-7 dəqiqə darayaraq saça yedirdirik)
8-ci Addım: Saçlar dəsmalla qurulanır xırda dişli daraqla 1 dəfə daranır və yuxarı aşağı hava feni ilə qurulanır .
Bununla prossedur bitmiş sayılır.

Reviews

There are no reviews yet.

Be the first to review “O’zÔnio Gloss Set”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir