İstifadə Qaydaları
1-ci Addım: saçlar O’zÔnio markasının önyuma şampunu ilə 2 dəfə yuyulur, hər yuyulmada şampun saçda 5 dəqiqə saxlanılır və həmən 5 dəqiqə ərzində saçlar masaj olunur (dırnaqlar baş dərisinə dəyməməlidir)
2-ci Addım: Saçlar 80% qurudulur 20% nəm saxlanılır.
3-cü Addım: O’zÔnio markasının BioCapilar Nanoplastikası saça tətbiq olunur (saçın qalınlığı və uzunluğundan asılı olaraq məhsul yetəri qədər istifadə edilməlidir)
4-cü Addım: Məhsul 45-75 dəqiqə ərzində saçda qalmalıdır,saç paketin altında saxlanılmalıdır , hər 20 dəqiqədən bir paketdən çıxardılaraq saç xırda dişli daraqla daranmalı və yenidən paketlənməlidir (saçın tipindən və buruqluq dərəcəsindən asılı olaraq dəyişir).
5-ci Addım: Məhsul saçdan ilıq su ilə 90-100% yuyularaq saçdan çıxarılmalıdır (Qəti Şəkildə şampun, maska və balzamdan istifadə olunmamalıdır).
6-cı Addım: Saçlar hava feni ilə qurulanmalı, saç düzümü olunmalı (uklatka), nazik ilmələr bölünərək saç ütüsü ilə ütülənməlidir (Saçın keyfiyyətindən asılı olaraq, ütü dərəcəsini seçmək individualdır. Məsləhət görülən istilik 210°C/410F-250°C/480F)
7-ci Addım: Ütü proseduru bitdikdən sonra , 10-15 dəqiqə gözləyirik saçlar soyuyur.İlıq suyun altında saçlar durulanır və saça maska tətbiq olunur və saçdan yuyulur (maskanı saçda 6-7 dəqiqə darayaraq saça yedirdirik)
8-ci Addım: Saçlar dəsmalla qurulanır xırda dişli daraqla 1 dəfə daranır və yuxarı aşağı hava feni ilə qurulanır .
Bununla prossedur bitmiş sayılır.
Reviews
There are no reviews yet.